SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Ölkəmizdə səfərdə olan Belçika Federal Parlamentinin yəhudi əsilli deputatı Maykla növbəti görüşümüz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı ilə oldu
Ölkəmizdə səfərdə olan Belçika Federal Parlamentinin yəhudi əsilli deputatı Maykla növbəti görüşümüz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı ilə oldu.
Ölkəmizdəki din siyasəti barədə qonaqlara geniş məlumat verən Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda multikultural və tolerant dəyərlərin, dini müxtəlifliyin, məzhəblərarası vəhdətin qorunması sahəsində məqsədyönlü dövlət siyasəti aparılır.
Ölkəmizdə 995 dini icma qeydiyyatdan keçib ki, onların 958-i İslam, 37-si isə qeyri-islam təmayüllüdür. Prezident İlham Əliyevin sərəncamları ilə ölkəmizdəki dini qurumlara maliyyə yardımının göstərilməsi dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi məqsədini daşıyır ki, bu da dövlət-din münasibətlərinin davamlı olaraq təkmilləşməsinə, dini müxtəlifliyin qorunmasına və dinlərarası qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.
Görüş zamanı azərbaycanlılar ilə yəhudilərin birgəyaşayışının tarixi yüzilliklərə söykəndiyini, ölkəmizdə yaşayan yəhudilərin respublikanın siyasi, iqtisadi, sosial, mədəni həyatında aktiv fəaliyyət göstərdiklərini vurğulayan M. Qurbanlı yəhudi dini icmalarına olan diqqət və qayğıya toxunub.