SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Parlamentlərarası İttifaqı tərəfindən “Demokratiya üçün təhlükəsiz kiberməkanın yaradılması” adlı beynəlxalq vebinar keçirildi
Bu gün Parlamentlərarası İttifaqı tərəfindən “Demokratiya üçün təhlükəsiz kiberməkanın yaradılması” adlı yüksək səviyyəli beynəlxalq vebinar keçirilir.
Tədbirdə panelist kimi mənimlə birgə Parlamentlərarası İttifaqı baş katibi Martin Çunqon, Avstraliyanın Nümayəndələr Palatasının sədri Milton Dik, Banqladeş Parlamentinin Spikeri Şirin Şarmin, İspaniya Parlamentinin Senatoru Xose Sepeda və İNTERPOL-un vəzifəli şəxsi Tee Vey Xian məruzə ilə çıxış etdilər.
Mən “Avropa Şurasının kibercinayətkarlığa qarşı mübarizə üzrə Konvensiyası” və AŞPA-da məruzəçisi olduğum “Budapeşt Konvensiyaya əlavə 2-ci protokol” barədə geniş məlumat verdim.
Bu tədbirin məqsədi də BMT tərəfindən kibercinayətkarlığa qarşı qəbul edilməsi nəzərdə tutulan Konvensiyanın hazırlanması prosesinə töhfə verməkdir.