SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Qərbi Azərbaycan İcmasında ASAN könüllüləri ilə görüş keçirildi
Qərbi Azərbaycan İcması olaraq ASAN könüllüləri ilə görüşdük.
Görüşdə Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli tədbiri İcma haqqında, təşkilatın məqsədi, hədəf və vəzifələri barədə məlumat verdi, 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının bir qrup ziyalıları ilə görüşdə səsləndirdiyi fikirlərin İcmanın yol xəritəsinə çevrildiyini bildirdi.
Sonra Qərbi Azərbaycan İcması Gənclər Birliyinin sədri, Milli Məclisin deputatı Ramin Məmmədov çıxış edərək, Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında gənclərin rolunun önəmli olduğunu, çıxış etdikləri bütün platformalarda bu barədə məlumat vermələrinin vacibliyini vurğulayıb. Ramin Məmmədov beynəlxalq təşkilatların Qərbi Azərbaycan İcmasının müraciətlərinə verdiyi cavabları, İcmanın müraciətləri və Qayıdış Konsepsiyasının dörd dəfə BMT sənədi kimi yayılmasını xüsusi qeyd edib.
Daha sonra mən təqdimatla çıxış edərək Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın pozulan hüquqlarından, onların geri qayıdışı ilə bağlı Qayıdış Konsepsiyasında cızılan konturlardan danışdım. Bildirdim ki, Qərbi Azərbaycanlıların geri qayıdış hüququ beynəlxalq hüquqla bağlı bütün sənədlərdə öz əksini tapan prinsiplərə söykənir və bu qayıdış bölgədə sülhün dayanıqlı olmasına mühüm töhfəsini vermiş olacaq.
"ASAN Könüllüləri" Təşkilatının sədri Emiliya Bayramova bildirib ki, Qərbi Azərbaycan ümummilli məsələdir və bu gün gənclərimizin bu istiqamətdə olan marağı böyükdür. Vurğulanıb ki, gənclər soydaşlarımızın öz torpaqlarına geri qayıdışı, onların tapdanan hüquqlarının bərpası prosessində fəal rol oynamağı öz mənəvi borcu bilir və buna can atırlar.
Oxşar xəbərlər
20.06.2024