SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin ilk iclası keçirilib
Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin ilk iclası keçirilib.
İclasda İcmanın Gənclər Birliyinin sədri, Milli Məclisin deputatı Ramin Məmmədov 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə səsləndirdiyi fikirlərin böyük tarixi və siyasi əhəmiyyətə malik olduğunu söyləyib. O qeyd edib ki, Qərbi Azərbaycana qayıdış məsələsi bu gün hər bir azərbaycanlının, o cümlədən gənclərin ən ümdə vəzifələrindən biri kimi gündəmdədir. Qayıdış Konsepsiyasının müddəalarında qayıdışın əsas prinsipləri əks olunub, Qərbi Azərbaycana qayıdış məsələsi bu gün Azərbaycan xarici siyasətinin mühüm komponentlərindən birinə çevrilib.
Sonra çıxış edən İdarə Heyətinin sədri Əziz Ələkbərli Qərbi Azərbaycan İcmasının təşkilati strukturu, fəaliyyəti və qarşıda duran vəzifələr haqqında qısa məlumat verib.
İcma sədri Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və bununla bağlı qəbul olunan tədbirlər planı üzrə görüləcək həlli vacib işlərə toxunub, Qərbi Azərbaycana qayıdış məsələləri, beynəlxalq müstəvidə görülməli olan işlər haqda məlumat verərək, bu məsələdə gənclərin rolundan danışıb.
Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı Kamal Cəfərov vurğulayıb ki, gənclər təmsil olunduqları müxtəlif qurum və platformalarda vahid mövqedən çıxış etməli, Qərbi Azərbaycana qayıdışla bağlı aparılan işlərin bir parçasına çevrilməli və hər bir gənc bu işə öz töhfəsini verməyə çalışmalıdırlar.
Daha sonra iclasda deputatlar Səbinə Xasıyeva, Emin Hacıyev, politoloq Zaur Məmmədov, Görüşdə Odlar Yurdu Universitetinin prorektoru Qabil Qafarov, Azərbaycan Texniki Universitetinin III kurs tələbəsi Əli Məhərrəmli, Dövlət Vergi Xidmətinin əməkdaşı, İqtisad Universitetinin doktorantı Aygün Məmmədova, Memarlıq və İnşaat Universitetinin Tələbə Həmkarlar Təşkilatının sədri, texnika üzrə fəlsəfə doktoru Bayram Məmmədov, Azərbaycan Texniki Universitetinin III kurs tələbəsi Namiq Muradov çıxış ediblər.
Oxşar xəbərlər
20.06.2024