SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Qəzli kənd sakinləri ilə görüş keçirildi
Növbəti görüşümüz Qəzli kənd sakinləri ilə oldu. Burada da Axısxa kəndində olduğu kimi, kənd təsərrüfatı subsidiyası üçün tələb olunan torpaq çıxarışının əldə edilməsi problemi var idi. Bu məsələ ilə bağlı bir neçə saat bundan əvvəl Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevlə telefon əlaqəsi saxladım. Mətin müəllim bildirdi ki, kiçik təsərrüfatlar üçün 2025-ci ilə qədər torpaq arayışı tələbi yoxdur. Bu məsələ Kənd Təsərrüfatı Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidməti arasında işçi qaydada operativ formada həll edilir. Eyni zamanda bildirdi ki, bu tələb yalnız böyük təsərrüfatlar üçün mövcuddur. Mətin müəllim Qəzli və Axısxa kəndində torpaq arayışlarının əldə edilməsindəki problemi qısa zamanda araşdırıb həll edilməsi üçün göstəriş verəcəyini bildirdi. Operativ reaksiya və dəstək üçün Mətin müəllimə təşəkkürlərimi bildirirəm.