SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Qlobal ərzaq təhlükəsizliyi ilə bağlı Avropa Şurası öz rolunu necə görür? - AŞPA-nın yay sessiyasında çıxış
Milli Məclisin deputatı Kamal Cəfərov AŞPA-nın yaz sessiyası çərçivəsində “Təhlükəsizlik üçün yeni çağırışlarda Avropa Şurasının rolu” adlı məruzəsinin müzakirələri zamanı çıxış edərək qeyd edib ki: “Hesabatın kifayət qədər əhatəli olmamasından çox məyus oldum. Təhlükəsizlik müdafiədən daha geniş bir anlayışdır, yeri gəlmişkən bu Avropa Şurasının mandatına da daxil deyil. AŞPA sessiyasındakı kofe fasilələri zamanı deputatlar enerji qiymətlərinin qalxması, ərzaq məhsullarının qiymətlərinin artması və bu hesabatda ümumiyyətlə qeyd olunmayan inflyasiya ilə bağlı müzakirələr aparırlar.
Bilməliyik ki, bu gün gözlənilməz nəticələrlə üzləşən dünya artıq fərqlidir. Qlobal ərzaq və enerji təhlükəsizliyini müəyyən etmək və həll etmək üçün yeni yanaşmalara ehtiyac var. Müxtəlif fikirlər arasında ziddiyyətləri açıq formada müzakirə etmək və məruzəyə daxil etmək lazımdır.
Azərbaycanlı deputata məruzədən irəli gələn bəzi məqamlarla bağlı suallar doğduğunu deyib. Kamal Cəfərov “Avropa Şurası qlobal ərzaq və enerji təhlükəsizliyinin həllində öz rolunu necə görür?” sualını irəli sürərək bu haqda düşünməyin vacibliyini qeyd edib.
Milli Məclisin deputatı Kamal Cəfərov qeyd edib ki, nəzarətdən kənar böhran təhdidi qarşısında insanlar təbii, hətta siyasi instinktivlə özünə qapanır. Belə böhran təhdidləri bir çox ölkələrin qloballaşmadan, beynəlxalq əməkdaşlıqdan uzaqlaşmasını sürətləndirə bilər.
Qeyd edib ki, “The Economist” jurnalı Hindistan ixracı dayandırdığını elan etdikdən sonra buğdanın qiymətinin 6 faiz artıb. Qlobal ərzaq böhranı açıq şəkildə göstərir ki, dünya problemlərinin səbəbləri kimi həll yolları da bir-biri ilə sıx bağlıdır. Böhrandan çıxmaq üçün beynəlxalq koordinasiya və əməkdaşlıq tələb olunur.
K. Cəfərov həmçinin qeyd edib ki, Avropa Şurasının qlobal ərzaq və təhlükəsizliyin həlli üçün beynəlxalq əməkdaşlığa necə kömək edə bilməsi haqqında da düşünməlidir.
Yekunda vurğulayıb ki, qlobal ərzaq və təhlükəsizlik böhranı ilə bağlı təcili müzakirələr aparılmalı, yeni və hərtərəfli məruzə hazırlanmalıdır. AŞPA ən qısa zamanda bununla bağlı mövqeyini bildirməlidir.