MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Sabirabad məktəbində STEAM Mərkəzi yaradıldı

20:00 24.01.2022



Azərbaycan Respublikasının 1-ci Vitse-prezidenti hörmətli Mehriban xanımın təşəbbüsü ilə yaradılan STEAM mərkəzləri şagirdlərin elmə həvəsi və təfəkkürünün inkişafı baxımından əsl Azərbaycan brendidir.
 

 
STEAM təhsil metodu 5 əsas disiplinlərin birləşik şəkildə təşkilidir. Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub. STEAM layihəsinin əsas məqsədi Respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını – kreativlik, tənqidi düşünmə, əməkdaşlığin inkişaf etdirilməsi, praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərməklə yanaşı, onlara mühəndislik səriştələri öyrətmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir.
 
 
 
 
 
Layihə 6-ci siniflərdən başlayaraq STEAM tətbiq olunan məktəblərdə tədris olunur. 
STEAM dərsləri “3D çap”, “Microbitlə proqramlaşdırma”, “Elektrik mühəndisliyi”, “Biotexnologiya”, “Nanotexnologiya”, “Robototexnika”, “Gen mühəndisliyi”, “CNC lazer kəsiciləri”, “Pilotsuz uçuş aparatları (tədris dronları)” üçün hazırlanmış kurikulum üzrə təşkil olunur.
 
Çox xoşbəxtəm ki, Sabirabadlı şagirdlər də bu imkanlardan yararlana biləcəklər.