MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Sabirabad şəhərində 21 sentyabr tarixində vətəndaşlarla görüş keçirildi

11:00 21.09.2020



Milli Məclisin deputatı Kamal Cəfərov Sabirabad şəhərində 48 sakinlə görüş keçirib və onları narahat edən məsələləri qeyd edib.
Deputat K.Cəfərov hər bir vətəndaşın probleminin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Təşkilati məsələlərə görə Sabirabad rayon İcra Hakimiyyəti və Heydər Əliyev Mərkəzinin nümayəndələrinə, o cümlədən mərkəzin direktoru Rəna xanıma təşəkkür edirik