MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Sabirabad şəhərində karantin şəraitində vətəndaş qəbulu keçirildi

15:00 08.06.2020



Milli Məclisin deputatı Kamal Cəfərov karantin rejim qaydalarının şərtlərinə əməl etməklə, Sabirabad şəhərində 32 sakinlə görüş keçirdi və onları narahat edən məsələləri qeyd etdi.
Qəbula gələn vətəndaşların müraciəti əsasən infrastruktur, məşğulluq və sosial müdafiə və digər digər məsələlərlə bağlı olub. Deputat K.Cəfərov hər bir vətəndaşın probleminin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Təşkilati məsələlərə görə Sabirabad rayon İcra Hakimiyyəti və Heydər Əliyev Mərkəzinin nümayəndələrinə, o cümlədən mərkəzin direktoru Rəna xanıma təşəkkür edirik.