SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Şəhid ataları və qazilərimizlə bir daha telefon əlaqəsi yaradıldı
Bu gün Sabirabad rayon 63 saylı 1-ci seçki dairəsindən olan şəhid ataları və qazilərimizlə bir daha telefon əlaqəsi yaratdım. Onları narahat edən məsələləri qeyd etdim və söz verdim ki, səlahiyyətim çərçivəsində onların bütün qayğılarını həll etməyə çalışacam.
Daha sonra şəhid ailələrinə və qazilərimizə əliliklə bağlı veriləcək müavinətlərlə bağlı bağlı Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyevlə danışdım. Bir neçə məqamı Sizlərin də diqqətinə çatdırmaq istəyirəm.
Hazırda Milli Məclisdə büdcə zərfinə daxil edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin ləğv edilməsi və bundan irəli gələrək digər qanunlarda dəyişikliklər edilməsi təkif edilir.
Belə ki, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin aylıq 300 manatdan 500 manatadək artırılması təklif olunur. Bundan əlavə, 11 min manat məbləğində birdəfəlik sığorta ödənişi həyata keçiriləcək. Şəhid olan zabitlərin övladlarının hər birinə 18 yaşına qədər ortalama 400-500 manat (hər bir övlada görə aylıq məbləğ) ödəniləcək. Şəhidin pensiya hüququ olmadıqda hər bir ailə üzvü 80 manat məbləğində müavinət alacaq. Övladları təhsil haqlarından azad olunacaq. Şəhidin pensiya alan valideynlərinə aldıqları pensiyaya əlavə 93,5 manat əlavə veriləcək. Bunlarla yanaşı şəhid ailələri mənzil və ya fərdi evlə təmin ediləcək.
Eləcə də, Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin I dərəcə əlilliyi olan şəxslərə 250 manatdan 400 manatadək, II dərəcə əlilliyi olan şəxslərə 230 manatdan 350 manatadək, III dərəcə əlilliyi olan şəxslərə 210 manatdan 300 manatadək artırılması təklif olunur. I dərəcə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə 50 manat məbləğində AR Prezidentinin təqaüdü ödəniləcək.
Əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara əlillik dərəcəsinə uyğun 8 800, 6 600 və 4 400 manat sığorta ödənişi həyata keçiriləcək.
Əlilərin reabilitasiya müalicəsi dövlət hesabına təmin ediləcək, onlara əlil arabası daxil olmaqla reabilitasiya vasitələri, protez-ortopedik vasitələr, yüksək texnologiyalı protezlər veriləcək.
Əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları, habelə I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslərin özləri təhsil haqqını ödəməkdən azad ediləcək.
Eyni zamanda əlillik göstəricisi hərəkət etmə qabiliyyətini ciddi şəkildə məhdudlaşdırdığı təqdirdə bu şəxslərə minik avtomobilləri təqdim olunacaq. əlilliyi olan şəxslərin mənzil və ya fərdi evlə təmin edilməsi ƏƏSMN tərəfindən bu tarixdən sonra olanlar isə yerli icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək.