MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Şəhid Balakişiyev Zaminin bulağının tikintisi ilə yerində tanış olduq

10:25 12.04.2022



2-ci Qarabağ müharibəsinin şəhidi Balakişiyev Zaminin atası Dadaş dayı sonuncu dəfə görüşümüzdə şəhidimizin bulağının su təminatı ilə bağlı problemin olduğunu bildirdi. "Azərsu" ASC-nin yerli nümayəndəsi və YAP-ın Sabirabad rayon təşkilatının sədri Varislə birgə bulağın tikintisi ilə yerində tanış olduq.
Bulağın yanında magistral su boru xətti keçir. Magistral su boru xəttində yüksək təzyiq olduğundan həmin boru xəttində hər hansı müdaxilə bütün Sabirabad rayonunu günlərlə susuz qoya bilər. Bu isə elə bulağın mənəvi konsepsiyasına ziddir.
Bundan əlavə iki imkan daha var. Birincisi bulağın arxasında görünməyən yerdə 5 tonluq su çəni qoyula bilər.
Həmin ərazidə yaşayış yoxdur. Ona görə də ikinci versiya kimi ən yaxın kənddən 3 km uzunluğunda su xətti çəkilər bilər.
Bu barədə "Azərsu" ASC-nin sədr müavini Köçərli müəllimə məlumat verdim. Köçərli müəllim mənə bildirdi ki, regionlarda bu cür bütün təşəbbüslərə "Azərsu" ASC tam dəstək verir və həmin bulağın da daimi suyu mütləq olacaq.
Daha sonra hər iki versiyanı Dadaş dayı ilə geniş müzakirə etdik. Şəhidimizin bulağının açılışı 27 aprel tarixində olacaq. Ona kimi ilkin mərhələdə 5 tonluq su çəni qoyulacaq. Daha sonra həmin əraziyə su xətti çəkiləcək.