SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Şəhid İsmayılov Sabirin ailəsi ilə görüş keçirildi
İsmayılov Sabir Ədalət oğlu Vətənimizin ərazi bötüvlüyü uğrunda şəhid olub. Sabir 16 iyun 1998-ci ildə zəhmətkeş ailədə dünyaya gəlib. Sabirabad şəhər 1 saylı tam orta məktəbi bitirib. Atası Ədalət kişinin söylədiyinə görə onun ürəyi həmişə Vətənlə döyünüb. Sağlamlığında problem olsa da, bu onun hərbi xidmətə getməyinə mane olmayıb. Döyüş bölgəsi olan Tərtərdə qulluq keçib, plyomotçu olub. 2017-ci ildə hərbi xidmətdən gələndən sonra geri qayıtmaq haqqında düşünürdü. Hey deyirdi ki, mən geri dönməliyəm, müddətdən artıq xidmətimi davam etdirməliyəm. Müharibə başlayanda ilk olaraq bizdən xəbərsiz rayon Səfərbərlik Xidmətinə rəsmi müraciət edərək könüllü olaraq döyüşə getmək niyyətini bildirib. 5 gündən sonra çağırış vərəqi alanda uşaq kimi sevinirdi. Hey deyirdi ki, ya şəhid olacam, yada qazi kimi qayıdacam. Sabir hərbi xidmətdə olanda yerli televiziyalardan biri onunla bağlı kiçik sujet çəkmişdi. O, deyirdi ki, ön cəbhədən qorxmayın, gəlin burada düşmənlə üz-üzə dayanın ki, düşmən sizin gözlərinizdə öz ölmlərini görsün.
Babası Sabir kişi də, atasının dediklərinə əlavələr edərək qeyd etdi ki, Sabir 4 bacının bir qardaşı idi. Mən özüm zabit olmuşam və rütbəm baş leytenantdır. Həmişə mənim hərbi biletimə baxıb deyirdi ki, baba mən səndən də yüksək rütbəli olacağam. Bacısının yoldaşı da, hazırda döyüş bölgəsindədir, baş gizirdir. Sabirin çöx arzusu var idi... Amma tale elə gətirdi ki, o, Cəbrayıl rayonunun Suqovuşan kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu.
Sonda nənəsi Rəna xanım da öz ürək sözünü dedi:
- Mən bu gün də nəvəmi özümdən ayrı təsəvvür edə bilmirəm. Nəvəm şəhid olandan sonra hərbi komissarlığa getdim. Yalvarıb yaxardım ki, məni də aparın.
Orada bir hərbiçi məndən sorşdu ki, bibi neçə yaşın var? Dedim 70.
-Qurban olum sizin qeyrətinizə ,Ana,- deyərək kövrəldi və bir söz deyə bilmədi. Mən xeyli orada gözləyib evə qayıtdım.
...Şəhidlər ölmür. Şəhidlərimiz bizim qürur mənbəyimizdir. Bu gün hər bir vətəndaş "Bu Vətən bizimdir!” deyib canından keçən igid və mərd oğulları ilə fəxr edirlər. Şəhidlərimiz hər an bizim qəlbimizdədir, onlar düşüncələrə, xatirələrdə və ürəklərdə yaşayır və yaşayacaq!.