SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Şəhid İsmayılov Sabirin ildönümü
Bu gün Vətən müharibəsinin şəhidi İsmayılov Sabir Ədalət oğlunun anım mərasimində iştirak etdik. Sabir 2017-ci ildə döyüş bölgəsi olan Tərtərdə qulluq keçib, plyomotçu olub. Ailəsindən xəbərsiz rayon Səfərbərlik Xidmətinə rəsmi müraciət edərək könüllü olaraq döyüşə getmək niyyətini bildirib. Sabir oktyabrın 9-da Cəbrayılın azadlığı uğrunda qəhrəmancasına döyüşüb və şəhidlik zirvəsinə ucalıb.
Sonda nənəsi Rəna xanım da öz ürək sözünü dedi:
- Mən bu gün də nəvəmi özümdən ayrı təsəvvür edə bilmirəm. Nəvəm şəhid olandan sonra hərbi komissarlığa getdim. Yalvarıb yaxardım ki, məni də aparın.Orada bir hərbiçi məndən sorşdu ki, bibi neçə yaşın var? Dedim 70
.-Qurban olum sizin qeyrətinizə , Ana,- deyərək kövrəldi və bir söz deyə bilmədi. Mən xeyli orada gözləyib evə qayıtdım....
Şəhidlər ölmür. Şəhidlərimiz bizim qürur mənbəyimizdir. Bu gün hər bir vətəndaş "Bu Vətən bizimdir!” deyib canından keçən igid və mərd oğulları ilə fəxr edirlər. Şəhidlərimiz hər an bizim qəlbimizdədir, onlar düşüncələrə, xatirələrdə və ürəklərdə yaşayır və yaşayacaq!.