SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Şəhid mayor Anar Məmmədovun bulağını ailə üzvləri ilə ziyarət etdik
Vətən Müharibəsində şəhid olan döyüşçülərimizdən biri mayor Anar Məmmədovdur. O, Tərtər, Füzuli, Hadrut, Xocavəndin Tuğ, Şuşanın Daşaltı kəndləri istiqamətində gedən döyüşlərdə iştirak edib, qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib.
Həyat yoldaşı Nəzirə xanımın atası da 1-ci Qarabağ müharibəsində şəhid olub.
Sonuncu görüşləri zamanı Nəzirə xanım ona deyib ki, "mən atasız həyat yaşamışam, amma qızlarım yaşamasın". O isə bir kəlmə ilə cavab verib: “Sən bacararsan. Mən sənə güvənirəm”.
Allah Anara və bütün şəhidlərimizə rəhmət elədin. Biz onların şücaəti ilə fəxr edirik.