SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Şəhid Nurlan Zeynalovun qızı Nurayın daha bir illik təhsil haqqısı ödənildi
Vətən Müharibəsi şəhidi Nurlan Zeynalov Müdafiə Sənayesi Nazirliyinin zabiti olub, 9 noyabrda Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Nurlanın övladı Nuray hazırda Bakıda “Mauqli” özəl bağçasında təhsil alır. Keçən il Nurayın bir illik təhsil haqqının ödənilməsi ilə bağlı Müdafiə Sənayesi Naziri Mədət Quliyevlə telefon əlaqəsi yaratmışdım və Nurayın bu ilin sonuna kimi təhsil haqqı ödənilmişdi. Nurayın gələn ilki təhsil haqqı (2023-2024 fevral ayı) isə bu gün Müdafiə Sənayesi Nazirliyi tərəfindən ödənildi. Özüm də bağçaya getdim, Nurayla görüşdüm, qarşıdan gələn bayramını da təbrik etdim.
Daha sonra Mədət müəllimlə əlaqə yaradaraq, göstərdiyi daim dəstək və çevik reaksiya üçün təşəkkürümü bildirdim.
Mədət müəllim bildirdi ki, Nurlanın xatirəsi nazirlikdə əbədiləşdirilib, şəhidimizin atası da hazırda elə həmin nazirlikdə çalışır.