SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Şəhidimiz İsmayılov Sabirin atası Ədalət müəllim ilə növbəti dəfə görüş keçirildi
Əziz dostlar, şəhidimiz İsmayılov Sabirin atası Ədalət əmi ilə növbəti dəfə görüşdük. Bundan əvvəlki görüşümüzdə Ədalət əmi şəhidimizin bacısı Fatimə xanımı Daxili İşlər Nazirliyinin "102" xidməti-zəng mərkəzinə işə qəbulu ilə bağlı xahiş etmişdi. Biz də Daxili İşlər Nazirliyinə müraciət etdik və qısa zaman içərisində şəhid bacısının "102" xidməti-zəng mərkəzində işə qəbul etdilər. Bununla əlaqədar olaraq, Daxili İşlər Naziri Vilayət Eyvazova təşəkkür edirəm.
Eyni zamanda mənə bildirildi ki, son dövrlər yüzlərlə Vətən müharibəsi iştirakçısı və şəhid yaxınları daxili işlər orqanlarına xidmətə qəbul edilib. Bu cür dəstək tədbirləri isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən şəhid ailələri və qazilər üçün başladılmış "Məşğulluq Marafonu" çərçivəsində həyata keçirilir.
Təşəkkürlər Cənab Prezident!
Bütün Azərbaycan xalqı Sizinlə fəxr edir!