SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Tahir Salahovun ev muzeyində #SabirArt layihəsinin açılış mərasimi keçirildi
Bu gün “PAŞA Holding” MMC-nin dəstəyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfdaşlığı ilə Tahir Salahovun ev muzeyində təşəbbüskarı olduğum #SabirArt layihəsinin açılış mərasimi oldu.
Açılış mərasimində həmkarım Ramin Məmmədov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, “PAŞA Holding” MMC-nin KSM və Dövlət Qurumları ilə Əlaqələr departamentinin direktoru Nazim Səfərov, “ArtEvi” yaradıcılıq emalatxanasının rəhbəri Elçin Hüseyn və rəssam Aygün Xanaılyeva iştirak etdi.
“SabirArt” layihəsi çərçivəsində Sabirabad rayonundan yüksək potensiala malik seçilmiş 10 gəncə cari ilin iyun – noyabr ayları çərçivəsində hər həftənin şənbə günləri “ArtEvi” yaradıcılıq emalatxanasının rəssamı Aygün Xanaləliyeva tərəfindən rəsm dərsləri keçiriləcək.
Layihənin 5-ci ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 fevral tarixində gənclər görüşündə səsləndirdiyi tövsiyəsinə uyğun olaraq, “Şuşa ili” ilə əlaqədar olaraq Sabirabadlı gənc rəssamlar Şuşa şəhərinə səfər edəcək və Şuşada etüd keçirəcəklər. Daha sonra onların rəsm əsərlərinin sərgisi keçiriləcək və əldə edilən gəlirlə 2023-cü ildə növbəti 10 gənc rəssama dəstək veriləcək. Bununla da “SabirArt” layihəsinin davamlılığı təmin ediləcək.