SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Ümumdünya qaçqınlar günündə mənim təşəbbüsümlə Qərbi Azərbaycanla bağlı AŞPA-nın yazılı bəyannaməsi qəbul edildi
Ümumdünya qaçqınlar günündə mənim təşəbbüsümlə Qərbi Azərbaycanla bağlı AŞPA-nın yazılı bəyannaməsi qəbul edildi.
Bəyannaməni AŞPA-nın 3 böyük siyasi qrupundan 10 dövlətdən (Almaniya, Avstriya, Azərbaycan, Italiya, Latviya, Niderland, Polşa, Rumıniya, Türkiyə Ukrayna) 30 millət vəkili imzaladı və Qərbi Azərbaycan İcmasının adı ilk dəfə AŞPA-nın rəsmi sənədində dərc edildi.
Yazılı bəyannamənin tam mətni aşağıdakı kimidir:
Doğma torpaqlarından qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnun müdafiəsi və ədalətin təmin edilməsi
Biz bu sənədi imzalayanlar olaraq etnik təmizləmə və məcburi kütləvi deportasiya nəticəsində azərbaycanlıların məruz qaldığı haqsızlıqlardan dərin narahatlıq hissi keçirərək,
Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmənin dövlət orqanları tərəfindən sistemli şəkildə həyata keçirildiyini nəzərə alaraq,
Azərbaycan mədəni irsinin Ermənistanda sistemli şəkildə məhv edilməsindən dərin narahatlığı ifadə edərək və bu ölkəyə faktaraşdırıcı missiya göndərməsi istiqamətində UNESCO-ya çağırışları xatırladaraq,
Geri qayıtmaq hüququnun Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq sənədlərdə təsbit edildiyini vurğulayaraq,
1989-cu ildə yaradılmış Qərbi Azərbaycan İcmasını (İcma) öz doğma torpaqlarından qovulmuş azərbaycanlıları təmsil edən birləşdirici səs kimi tanıyaraq,
İcmanın Ermənistana dialoq təklifini alqışlayaraq,
İcmanın dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərini dəstəkləməsini təqdir edərək,
İcmanın öz evlərinə qayıtdıqdan sonra ermənilərlə dinc yanaşı yaşamaq istəyini də yüksək qiymətləndirərək,
Biz Avropa Şurasını Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu dəstəkləməyə çağırırıq,
Avropa Şurası Parlament Assambleyasının məruzəçilərini Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu müzakirə etməyə çağırırıq,
İcmanın dialoq çağırışlarına cavab verməsi, azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz geri qayıdışını təmin etməsi, onların təhlükəsizliyini zəmanət altına alması, beynəlxalq missiyaların bu prosesə kömək qismində göndərilməsinə razılıq verməsi üçün Ermənistan Respublikası hökumətinə çağırış edirik.