SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Yenikənd kənd sakinlər ilə görüş keçirildi
Hörmətli Sabirabadlılar,
Növbəti görüşümüz Yenikənd sakinləri ilə oldu. Görüşdə Padarçöl yolunda 50 metr asfalt yolunun təmiri, Yenikənd-Niştah yolunun təmiri, elektrik xətlərinin dəyişdirilməsi, “Bizim Market”də Kapital Bankın bankomatının quraşdırılması və internet məsələləri müzakirə olundu.
Yolların təmiri ilə bağlı Sabirabad rayon İcra Hakimiyyəti və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə deputat sorğuları göndərildi.
İnternet problemi ilə bağlı əvvəlki paylaşımda qeyd etdiyim kimi deputat sorğusu göndərdim, eyni zamanda iyul ayında yeni nazirlə görüşməyi planlaşdırıram.
Bankomat məsələsi ilə bağlı Kapital Bankın İdarə heyətinin sədri Rövşən müəllimə müraciət ünvanladım. Ümid edirəm ki, qeyd edilən problemlər qısa zamanda öz həllini tapacaq.