SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"9 dekabr - Korrupsiyaya qarşı Beynəlxalq Mübarizə günü"nə həsr edilmiş dəyirmi masa keçirildi
Bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən "9 dekabr - Korrupsiyaya qarşı Beynəlxalq Mübarizə günü"nə həsr edilmiş dəyirmi masa keçirildi.
Tədbirdə panelistlər korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumlar, qanunvericilik hakimiyyəti, ictimai şuralar, vəkillik institutu, media qurumları və maarifləndirmənin rolu, əldə edilən nəticələr və qarşıya qoyulmuş hədəflərlə bağlı məruzələrlə çıxış etdilər.
Mən də korrupsiyaya qarşı mübarizədə Milli Məclisin rolu və bu sahədə görüşlən işlər barədə məlumat verdim. Çox faydalı müzakirələrimiz oldu.
Tədbirin yüksək səviyyədə təşkili və dəvət üçün Baş prokurorun müavini - Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbova təşəkkür edirəm.
Yekunda bir daha qeyd etmək istəyirəm ki, Kamran müəllimin Baş prokuror vəzifəsinə təyin edilməsindən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq prokurorluq orqanlarında ciddi struktur və kadr islahatları həyata keçirilib. Həyata keçirilən islahatların nəticəsində prokurorluq orqanlarının peşəkar fəaliyyəti və hadisələrə çevik reaksiyası ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.