MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əməkdaşları ilə "Antikorrupsiya davranış modeli" mövzusunda müzakirələr aparıldı

09:34 21.05.2024



 
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, tabe qurumlarının əməkdaşlarının davamlı inkişafının təmin edilməsi, müasir çağırışlara hazır olan kadrların yetişdirilməsi məqsədilə “Danışır təcrübə” layihəsi həyata keçirilir.
 
Layihənin növbəti qonağı mən idim. Layihə iştirakçılarına etik davranış qaydalarının idrakına mane olan şüuraltı qərəzlər, o cümlədən vicdanlı davranış, peşəkarlıq və loyallıq haqqında müzakirə apardıq.
 
Dövlət qurumları bəzi hallarda bu cür təlimlərə formal yanaşır və etik davranış qaydalarının səmərəsinə inanmır. Ancaq Elm və Təhsil Nazirliyində bu məsələyə xüsusi yanaşmanın tətbiqini çox yüksək qiymətləndirirəm. İkincisi adətən bu cür təlimlər əməkdaşların asudə vaxtına salınır. Bunun özü heç etik deyil. Bizim müzakirəmiz iş saatlarında idi. Təlimdə iştirak edən əməkdaşlar da həvəsli idi, mürəkkəb suallar verirdilər.
 
Ümumulikdə təhsil işçilərinə bu cür təlimlərin keçirilməsinə xüsusi yanaşma göstərməsinə və dəvətə görə Elm və Təhsil Nazirimiz Emin müəllimə təşəkkür edirəm. Ümid edirəm ki, müzakirəmiz iştirakçılar üçün faydalı oldu.