SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşünün nəticələrinə dair" - AZTV
Nəticələr açıqlanandan sonra bir sıra hallarda fərqli ictimai rəylər var. Ona görə də hesab edirəm ki, bəzi məqamlar tam açıqlanmalıdır. Qarabağ müharibəsinin növbəti və ən aktiv fazası elə bu gün başlayıb. Bundan əvvəl yalnız ordumuz, əsgərlərimiz savaşırdısa, bu gün artıq biz də savaşa başlayırıq, birliyimizi göstərərək, xalq olaraq, bütün gücümüzlə. Xalqımızın ruh yüksəkliyinə qarşı hər hansı tezislə çıxış edənlər, bunu ya bilməyərəkdən edir, savadı imkan vermir. Ya da ki, reallığı dərk etmirlər. Bu gün biz qələbəmizi beynəlxalq səviyyədə rəsmiləşdirməliyik, birdəfəlik!
1-cisi 30 illik status-kvo dəyişdi. Artıq təmas xətti yoxdur, hər yer təmas xəttidir bizim üçün.
2-cisi Moskva görüşündə yalnız humanitar məqsədlərlə bağlı razılaşma əldə edilib. Bəyanatın 2-ci bəndində qeyd edilir ki, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq. Atəşkəsin parametrlərini isə müharibədə üstün mövqeyə malik olan tərəf, Azərbaycan tərəfi diktə edəcək.
Hər kəs bilməlidir ki, bu sənəd xarici işlər naziri səviyyəsində yalnız bəyanat kimi qəbul edilib, daha ciddi sənədlər ölkə başçısı səviyyəsində imzalanır. Bundan əvvəl də atəşkəs barədə razılıq olub, ancaq riayət edilməyib.
3-cüsü bundan əvvəl Ermənistan rəhbərliyi qeyd edirdi ki, Dağlıq Qarabağ ətrafında olan rayonlar da Dağlıq Qarabağa daxildir və müzakirələrə Dağlıq Qarabağdakı qeyri-qanuni rejimin rəhbərliyi də tərəf olmalıdır. Moskva görüşün nəticələri ilə bağlı qəbul olunan sənədin 4-cü bəndi isə Ermənistanın siyasi rəhbərliyinin məğlubiyyətinin bariz nümunəsidir. 4-cü bəndə qeyd edilir ki, tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər. Formatı heç kim dəyişə bilməz. Bu birmənalı olaraq, Ermənistanın diplomatiyada məğlubiyyətidir.
Sonuncusu isə bəzi hallarda ictimai rəy var ki, danışıqlar növbəti dəfə uzanacaq. Xeyr. Razılaşmanın 3-cü bəndində konkret olaraq göstərilib ki, münaqişənin “tezliklə” sülh yolu ilə həlli məqsədilə “substantiv” danışıqlara başlayırlar. İndi isə əvvəlki dövr deyil. Bunu hər kəs başa düşür və bilir.
Növbəti rəy ondan ibarət idi ki, erməni tərəfi özünə güc yığacaq. Ən azından Müdafiə Nazirliyinin videolarındakı məhv edilən texnikaları saysaq, məhv edilən erməni əsgərlərini saysaq, ermənistanın müdafiəsi çox ciddi itkiyə məruz qalıb. Biz indi yeni strateji mövqelərimizdə rahat yerləşməli, vəziyyəti yenidən qiymətləndirməliyik. Dağlıq Qarabağ ətrafında bir neçə vacib strateji mövqelər bizdədir.
Ümumilikdə qeyd etməliyəm ki, bu görüş vacib idi, bizim iştirakımız da vacib idi. Bəzi ölkələr, xüsusilə Fransa açıq formada Ermənistanın tərəfini tutur. Paşinyan dünya ölkələrini Dağlıq Qarabağı tanımağa çağırır. Təsəvvür edirsiniz hansısa ölkə beynəlxalq hüquqa zidd olaraq Dağlıq Qarabağı tanıyır. Bu istisna deyil.
Digər tərəfdən erməni tərəfi bizi genosid edən tərəf kimi təqdim edir, lakin biz sülhsevər xalqıq. 30 il isə bunun əyani nümunəsi idi. Lakin beynəlxalq siyasi səviyyədə olan bütün rəyləri nəzərə alaraq, ermənilərə bu sonuncu şans verilməli idi ki, ermənilər bizim torpaqlardan çıxsınlar. Qoy bütün dünya görsün ki, biz bu şansı verdik. Sonra heç bir bəhanələri olmasın.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mövqeyi çox aydındır, güclü siyasi qətiyyəti var. Erməni tərəfi işğalda olan torpaqlarımızdan çıxma qrafiki verməli və bu ATƏT Minsk Qrupu ölkələri tərəfindən təsdiq edilməlidir. Çıxmasalar ordumuzun gücünü, qətiyyətimizi bilirlər. İndiki mərhələdə isə təmas xətti yoxdur. Hər an hər şey baş verə bilər.
Möhkəm olun, bizim haqq mübarizəmiz tarixin doğru tərəfində, beynəlxalq hüququn çərçivəsindədir.
Hazırda isə Müdafiə Nazirliyi məlumat yaydı ki, gecə ərzində, indi də döyüşlər davam edir. Azərbaycan Ordusunun davam etdirdiyi hücum əməliyyatı nəticəsində bu müddətdə düşmənin xeyli sayda canlı qüvvəsi, 13 ədəd tankı, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-20 və D-30 topu, 3 ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 2 ədəd M55 “Zastava” zenit qurğusu, 2 radiolokasiya stansiyaları və radioelektron mübarizə vasitələri dəqiq atəşlə məhv edilib və sıradan çıxarılıb.