SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
REAL TV: COP 29 ərəfəsində Azərbaycana qarşı artan hücumlar
REAL TV-də COP 29 ərəfəsində Azərbaycana qarşı artan hücumlardan danışdıq. Son zamanlar Azərbaycana qarşı ittihamların artmasının formal səbəbi COP 29-dur. Çünki dünyanın ən böyük tədbiri- COP29 zamanı dünyanın diqqəti Azərbaycanda olacaq, dünyanın nəbzi rəsmi Bakı ilə döyünəcək. COP 29 kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməyimiz Azərbaycanın dünya arenasında hörmətinin və rolunun parlaq nümunəsidir.
Bu gün dünyada mürəkkəb və qütbləşməyən məcbur edilən geosiyasi konfiqurasiyanın fonunda Azərbaycan müstəqil xarici siyasət aparır, strateji əhəmiyyətini əvəzolunmaz tərəfdaşa çevirir və regionda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təminatçısı kimi çıxış edir.
Məzmun baxımından isə Bizə qarşı yönəlmiş bu hücumlar sistematik təzyiqlərin bir hissəsidir və bir mərkəzdən koordinasiya olunur. Misal üçün ABŞ-dakı bir sıra konqresmenin dövlət katibinə müraciəti, AŞPA-da Azərbaycansız Azərbaycanla bağlı növbədənkənar müzakirələr, Fransadakı müəamalı qətl və qərb mətbuatındakı yalan xəbərlər Azərbaycana qarşı yönəlmiş hücumların hibrid xarakterini göstərir.