SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"DAĞ" layihəsinin 3-cü buraxılışının tələbələri ilə görüş keçirildi
Əziz Sabirabadlılar,
Sabirabadlı gənclərin ali təhsil müəssisələrinə qəbuluna dəstək olmaq məqsədilə "Düşünən Azərbaycan Gənci" (DAĞ) layihəsini başladıq. Belə ki, son iki ildə sosial təminatı aşağı olan lakin yüksək potensiala malik abuturiyentlər layihə çərçivəsində Şirvan şəhərində yerləşən "Kainat" kurslarında hazırlıq keçdilər, xaricdə və ölkə daxilində ali təhsil müəssisələrinə qəbul oldular.
Bu prosesin davamlılığını təmin etmək üçün "Kainat" kursunun rəhbəri İlqar müəllimdən Sabirabad şəhərində kurs açmağa təşviq etdik. Çünki bu bilinən bir faktdır ki, hazırlıq kurslarının daha çox fəaliyyət göstərdiyi rayonlarda təhsil səviyyəsi də yüksək olur. Məktəblər, müəllimlər və şagirdlər arasındakı rəqabət bu prosesə töhfə verir.
Bu ildən başlayaraq Sabirabad şəhərində də "Kainat" kursu fəaliyyətə başladı. Kursun rəhbəri İlqar müəllim bundan sonra hər il bizim adımızdan sosial təminatı aşağı olan lakin yüksək potensiala malik 10 şagirdi pulsuz hazırlaşdıracaq. Bu il üçün artıq 12 nəfər seçilib və hazırda müvafiq hazırlıq kursları keçirlər.
Mən də həmin gənclər və "Kainat" kursunun kollektivi ilə görüşdüm, tədris prosesi ilə bağlı maraqlandım. Hazırda gənclərin ümumi hazırlıq vəziyyəti əladır. Bu davamlılıq təmin edilsə gənclərin əksəriyyəti 450 baldan yuxarı nəticə göstərəcəklər.
Göstərdiyi dəstəyə görə "Kainat" kursunun rəhbəri İlqar müəllimə minnətdarlığımı bildirirəm.