SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"Düşünən Azərbaycan Gənci" (DAĞ) layihəsi çərçivəsində 4 nəfərin bir illik təhsil haqqına dəstək verildi
Əziz Sabirabadlılar,
Bildiyiniz kimi, "Düşünən Azərbaycan Gənci" (DAĞ) layihəsi çərçivəsində dəstək olduğumuz 10 aztəminatlı ailənin övladlarının hər biri ali təhsil müəssisələrinə qəbul olub. Onlardan 6-sı ödənişsiz, 4-ü isə ödənişli əsaslara universitetlərə qəbul olunmuşdu.
Ödənişli əsaslarla qəbul olunan gənclərin bir illik təhsil haqqının ödənilməsi ilə bağlı aidiyyəti qurumlarla apardığımız kommunikasiyaların nəticələri müsbət oldu, 4 nəfərin bir illik təhsil haqqı 4 qurum tərəfindən ödənildi.
Göstərdikləri dəstəyə görə Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyevə, "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru Kamran Nəbizadəyə, Aqrarkredit QSC-nin İdarə Heyətinin sədri Məmməd Musayevə və Aqrar Sığorta Fondunun İH-nin sədri Fuad Sadıqova həm gənclər həm də öz adımdan minnətdarlığımı bildirirəm.
Qeyd etməliyəm ki, şagirdlərdən birinin atası rəhmətə gedib. Aqrarkredit QSC-nin İdarə Heyətinin sədri Məmməd Musayevin dəstəyi ilə həmin xanımın 4 illik təhsil haqqı ödəniləcək və ona hər ay təqaüd veriləcək.
Əziz gənclər, hər birinizə uğurlar arzu edirəm!