MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

"ELSA Azerbaijan" Təşkilatı tərəfindən Ali Məhkəmənin inzibati binasında Milli Məhkəmə Müsabiqəsinin final mərhələsi keçirildi

09:23 23.05.2022



Azərbaycan Respublikasının Ali Məhkəməsi və Vəkillər Kollegiyasının dəstəyi ilə ELSA Azerbaijan tərəfindən Milli Məhkəmə Müsabiqəsinin final mərhələsi keçirildi.
Vəkillər Kollegiyasının ELSA Azərbaycan təşkilatına daimi və sistemli dəstəyi ELSA-çı kimi məni çox sevindirir. Hesab edirəm ki, bu cür dəstək müasir dünya görüşlü və bacarıqlı hüquqşunasların yetişməsinə mühüm töhfə verir.
Eyni zamanda Ali Məhkəmənin ELSA Azərbaycan təşkilatına dəstəyi hüquqşunas tələbələr üçün yeni imkanlar yaradır. Sonuncu dəfə Ali Məhkəmənin əməkdaşları hüquqşunas tələbələrə məhkəmə etikası, məhkəmə işlərinin rezumesi ilə bağlı çox faydalı və heç bir yerdə tədris olunmayan təlim keçmişdi. Bu cür dəstək isə Ali Məhkəmədə həyata keçirilən məhkəmə-hüquq islahatların bir təzahürüdür.
Həm Milli Məclisin deputatı, həm də ELSA-çı kimi hüquqşunas tələbələrə göstərilən bu cür dəstək üçün həm Ali Məhkəmənin sədr müavini Çingiz müəllimə həm də Vəkilllər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar müəllimə çox təşəkkür edirəm.