SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Azərbaycan Respublikasının Ali Məhkəməsində “Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsinin final mərhələsi keçirildi
Azərbaycan Respublikasının Ali Məhkəməsində Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Bakı İctimai Birliyinin (ELSA Azərbaycan) təşkilatçılığı ilə “Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsinin final mərhələsi keçirildi.
ELSA Azərbaycan təşkilatının layihələrindən birinin ölkəmizin ali məhkəmə orqanının inzibati binasında hakimiyyətin bütün qollarının nümayəndələrinin iştirakı ilə keçirilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin gənclər siyasətinin təzahürlərindən biridir.
Gələcəyin hüquqşunasları bütün bu imkanlardan istifadə edərək bilik və bacarıqlarını daha da artırmalı və gələcəkdə məhkəmə-hüquq sisteminin inkişafına öz töhfələrini verməlidir.