SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"Muğan Ağır Atletika Klubu” tərəfindən Sabirabad şəhərində 180 yeniyetmə arasında müvafiq seleksiya işləri həyata keçirilib
Bizim təşəbbüsümüzlə yaradılmış “Muğan Ağır Atletika Klubu” tərəfindən Sabirabad şəhərində 10-12 yaşlı 180 yeniyetmə arasında müvafiq seleksiya işləri həyata keçirilib.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin tövsiyəsinə uyğun olaraq Sabirabad rayonunda ağır atletika sahəsində seleksiya işləri həyata keçirilir. Məqsəd Sabirabadın kəndlərindən istedadlı uşaqları seçib tapmaq və çempion yetişdirməkdir.
Seleksiya işini ağır atletika üzrə Azərbaycan milli yığma komandalarının baş məşqçisi Emil Əliyev icra edib. Müxtəlif idman tapşırıqlarından keçən yeniyetmələr arasında 20 nəfər müəyyən edilb. Respublika səviyyəsində tanınmış idmançı Orxan Əliquliyev “Muğan Ağır Atletika Klubu”nun baş məqçisi, Mübariz Musayev isə məşqçi təyin edilib. Bundan sonra da məşqçilər Sabirabadın məktəblərinə səfər edəcək, ağır atletika ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirəcək və istedadlı gənclərin bu idman növünə cəlb edilməsi üzrə mütəmadi çalışacaqlar.
Qeyd edək ki, Sabirabadda bir ay əvvəl Gənclər və İdman Naziri Fərid Qayıbov və Ağır Atletika Federasiyasının Prezidenti İnam Kərimovun iştirakı ilə “Muğan Ağır Atletika Klubu”nun açılışı olub. Klub tam yeni təmirdən çıxmış iki zaldan ibarətdir. Ağır atletika ilə məşğul olmaq üçün bütün avadanlıqlarla təmin olunmuş xüsusi zal 150 kvadratmetr, ikinci zal isə 120 kvadratmetr sahədən ibarət olmaqla trenajor avadanlıqları ilə təmin olunub.
Regionalarda yaradılmış digər ağır atletika klublarından fərqli olaraq, “Muğan Ağır Atletika Klubu”nun yaradılması ilə Sabirabadda ağır atletika məktəbinin əsası qoyulub.