SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Muğan Ağır Atletika klubunda il ərzində görülmüş işlər
Bu gün bizim təşəbbüsümüzlə yaradılmış Muğan Ağır Atletika klubunun bir yaşı tamam olur. Bu məqsədlə klub üzvləri ilə görüşdüm, onların ehtiyacları ilə bağlı qeydlərimi apardım.
Son bir il ərzində əldə edilən nəticələr:
-Sabirabadda ilk dəfə ağır atletika məktəbinin əsası qoyuldu;
-Bir il müddətində vaxtıilə Azərbaycanın ağır atletika üzrə milli yığmasında olmuş, respublika səviyyəsində tanınmış peşəkar Orxan Əliquliyev Sabirabada ezam olundu, həm yerli trener, həm də 10-12 yaşında uşaqları yetişdirdi;
-400 kv.m ərazisi olan müasir idman zalı açıldı və klubun tam pulsuz istifadəsinə verildi;
-Azərbaycan Ağır Atletika Federasiyasının keçmiş rəhbəri İnam Kərimov və Gənclər və İdman Naziri Fərid Qayıbov iki dəfə Sabirabada səfər etdi, gənc atletlərlə görüşdü, onların qayğıları ilə maraqlandı;
-Sabirabadlı idmançılar Bakıda keçirilən respublika çempionatını izlədilər, onun həyəcanını yaşadılar;
-Sabirabadda regional ağır atletika yarışı keçirildi, idmançılarımız 2-ci yeri tutdu.
Məqsədimiz Sabirabadda çempion yetişdirmək olsa da, ən azından 10-12 yaşlı uşaqlar indi sağlam həyat tərzi ilə məşğuldurlar, gələcək karyeralarını indidən qururlar, gələcəyin idman müəllimi və işçisi olacaqlar.
Ancaq inanırıq ki, həm də bunu bu sahənin ekspertləri iddia edir ki, iki ilə Azərbaycanın ağır atletika çempionu məhz bu uşaqlar arasından biri olacaq!
Göstərilən dəstəyə görə Gənclər və İdman Nazirimiz Fərid Qayıbova və Ağır Atletika Federasiyasına təşəkkürümü bildirirəm.