SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"Sürücünün müvafiq sənədləri üstündə daşımaması hansı anlaşılmazlıqlara yol aça bilər" - İTV
İnzibati Xətalar Məcəlləsinə sonuncu dəyişiklikdən sonra yol vərəqəsi ilə sürülən nəqliyyat vasitələri cərimə meydançısan aparıla bilərmi sualı ətrafında hüquqşünas Ərşad Hüseynovla qarşılıqlı reaksiyalarımız oldu. Yekun nəticə ondan ibarət oldu ki, yol vərəqəsi ilə sürülən avtomobillər cərimə meydançısan aparılmaycaq və aparıla da bilməz.
Daha sonra mən həm Ərşad Hüseynov həm də Elməddin Muradlı ilə telefon əlaqəsi yaratdım. Hər ikisini Milli Məclisə dəvət elədim və xahiş elədim ki bu sahənin eksperləri kimi başqa nə təklifləri varsa, birgə müzakirə edək. Hazırda pandemiya bir sıra hallarda ictimai müzakirələrin keçirilməsinə imkan vermir ancaq sahəvi qanun layihələrinin müzakirəsində ekspertlərin iştirakı çox faydalı eyni zamanda çox vacibdir. Həm Ərşad müəllim gəm də Elməddin müəllim bu sahənin dəyərli ekspertlərindəndirlər.