SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
"Youth Inc." Sahibkarlıq proqramının əhatə etdiyi rayonların tərkibinə Sabirabad da daxil edildi
Əziz Sabirabad gəncləri,
Bildiyiniz kimi, rayonun əsas problemlərindən biri də məşğulluq məsələsidir. Çünki daxil olan müraciətlərin mütləq əksəriyyəti işsizliklə bağlı olur. Burada isə 2 məqam var. Birincisi "DOST" MMC tərəfindən ödənişli ictimai işlər təklif edilir və çox hallarda isə vakansiyalar məhdud olur. Bu ictimai işlərdən isə davamlı sahibkarlıq vərdişləri öyrənmək olmur.
İkinici məqam ondan ibarətdir ki, sonuncu dəfə rayonda olanda mənə məlumat verdilər ki, mühasib ixtisası üzrə 2 vakansiya olsa da müvafiq ixtisasa malik şəxs tapılmır.
Bununla əlaqədar olaraq, yay aylarında həmkarım, Milli Məclisin deputatı Şahin Seyidzadənin dəstəyi ilə "Coca-Cola" şirkətinin nümayəndəsi Elshad Farzaliyev ilə Milli Məclisdə görüşümüz oldu.
Görüşdə "Coca-Cola" şirkəti tərəfindən icra edilən "Youth Inc." Sahibkarlıq proqramının əhatə etdiyi rayonların tərkibinə Sabirabadın da daxil edilməsini xahiş etdim.
Sizlərə şad xəbərim var. Qeyd edilən layihənin açılışı dünən oldu. Layihə çərçivəsində sabirabadlı gənclərin də, xüsusilə xanımların sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün onların biznes ideyalarına həm maddi həm də təlim dəstəyi veriləcək.
Sabirabad rayonun layihənin əhatə dairəsinə daxil etdikləri üçün həm Şahin Seyidzadəyə həm də Elşada çox böyük təşəkkür edirəm.
Artıq yoldayıq, Strasburqdan qayıdırıq. Layihənin icrası ilə bağlı gələn həftə daha geniş məlumat verəcəyəm.