SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
“Azərişıq” ASC tərəfindən Sabirabad rayonunda bir sıra təmir-bərpa işləri həyata keçirilib
Əziz Sabirabadlılar, ötən ilin sentyabr ayında “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədova etdiyim müraciət əsasında Sabirabad rayonunda qurumun rəhbər şəxsləri ilə birgə vətəndaş qəbulu keçirtdik. Şəxsi müraciətlərlə yanaşı, kəndlərin enerji təchizatının yaxşılaşdırılması məsələsini də müzakirə etdik.
Bizə bildirildi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində bir sıra təmir-bərpa işlərin həyata keçirilib və bəzi yenidənqurma işləri isə qısa müddətdə bitəcək.
Həyata keçirilən yenidənqurma işləri ilə yerində tanış olmaq üçün Əhmədabad kəndinə getdim, yerli sakinlərlə görüşdüm. Ümumilikdən 2023-2024-cü illərdə Sabirabad rayounun 21 kəndində açıq naqillərdən ibarət olan 0,4 kV-luq şəbəkələrində yenidənqurma işləri aparılmaqla 0,4 kV-luq ÖİN tipli kabel xətləri çəkilmiş, rayon ərazisində yerləşən 35 kV-luq yarımstansiyaların hər biri əsaslı təmir edilmişdir.
Bu bir daha onu göstərir ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma işləri Azərbaycanın bütün rayonlarında həyata keçirilən infrstruktur layihələri vəhdət təşkil edir. İnkişaf Azərbaycanın hər bir nöqtəsində davam edir.
Rayon sakinləri də görülən bu işlərə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını çatdırdılar.
Görülən işlərin həcmi ilə bağlı daha geniş məlumatı video sujetdən əldə edə bilərsiniz.