MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

2-ci Qarabağ müharibəsinin Sabirabaddan olan iştirakçısının bir illik təhsil haqqı ödənildi

11:42 26.10.2022



Əziz dostlar, dünən bir xeyirxah vətəndaşımızın dəstəyi ilə 2-ci Qarabağ müharibəsinin Sabirabaddan olan iştirakçısının bir illik təhsil haqqı ödənildi. Əlbətdə bu mərhələyə qədər təhsil haqqının ödənişi ilə bağlı bütün hüquqi imkanları araşdırdım.
Müəyyən etdim ki, şəhid ailə üzvləri, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar, məcburi köçkünlər, I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqları dövlət hesabına ödənilir. Eyni zamanda pandemiya zamanı Nazirlər Kabinetinin qərarı ilə minlərlə tələbənin təhsil haqqı xərci dövlət hesabına ödənilib. Bütün bu tədbirlər həqiqətən təqdirəlayiqdir, həm gənclərin inkişafı həm də təhsilin inkişafı üçün mühüm dəstəkdir.
Eyni zamanda hesab edirəm ki, 2-ci Qarabağ müharibəsinin iştirakçıları üçün də oxşar imkanlar araşdırılmalıdır. Çünki elə müharibə iştirakçısı var ki, onlar ali təhsil almayıb, ancaq indi almaq istəyir. Və ya müharibədə iştirak edib qayıdıb, çox şükür ki, heç bir fiziki xəsarəti yoxdur, təhsilini davam etdirir. Onların da təhsilinə dəstək verilməlidir. Bu həm müharibə iştirakçılarına dəstək olar, onlar həyata daha da möhkəm bağlanar. Həm də ölkəmizdə təhsilin inkişafına dəstək olar.
Bu barədə Milli Məclisdə Hökumətin hesabatı zamanı danışacağam və xahiş edəcəyəm ki, müharibə iştirakçılarının təhsil haqqı xərclərinin ödənilməsi imkanları araşdırılsın və müvafiq təkliflər hazırlansın.