SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
3 qanun layihəsinə dəyişikliklər məruzə edilib
Bu gün Milli Məclisin Plenar iclasında Milli Məclisin deputatı Kamal Cəfərov 3 qanun layihəsinə dəyişiklikləri məruzə edib. Layihəyə əsasən barəsində ictimai işlər növündə cəza və inzibati tənbeh tətbiq edilən şəxsə elektron nəzarət vasitəsi ilə nəzarət olunacaqdır. Burada nəzərdə tutulan elektron nəzarət cihazı, azadlığın məhdudlaşdırılması zamanı tətbiq edilən cihazdan fərqlidir. Yəni ictimai iş cəzası və ya tənbehi alan şəxs telefona bənzər alət vasitəsilə gps-lə həmin yerdə olduğunu, öz barmaq izi ilə isə şəxsiyyətini həmin cihazda təsdiq edəcək. 2 növ elektron nəzarət imkanı bu sahədə olan münasibətlərin icrasını daha səmərəli edəcək, sui-istifadə halların qarşısını alacaq.