MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Sosial xarakterli fövqəladə mühit rejimi barədə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklifləri plenar iclasda təqdim edildi

09:28 27.02.2024



 
Ötən il "Fövqəladə vəziyyət haqqında" qanuna dəyişiklik edilərək fövqəladə vəziyyətin tətbiq edilməsinə əsas hesab edilməyən sosial xarakterli fövqəladə mühit rejimi ilə əlaqədar yeni hüquqi normalar müəyyən edildi.
 
Bu gün isə həmin qanuna etdiyimiz dəyişikliyə uyğunlaşdırma xarakterli bir sıra dəyişikliklər təklif edilir. İnzibati Xətalar Məcəlləsinə sosial xarakterli fövqəladə mühiti zamanı müəyyən edilmiş davranışın pozulmasına görə yeni inzibati xəta əlavə edilir. Bu inzibati xətalara dair işlərə rayon (şəhər) məhkəmələri tərəfindən baxılması təklif edilir.
 
Eyni zamanda layihədə fövqəladə vəziyyət rejiminin tələblərinin pozulmasına və dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasının hüquqi rejimin tələblərinin pozulmasına görə inzibati tənbehlərin sərtləşdirilməsi təklif edilir.
 
Daha sonra müzakirə zamanı qaldırılan məsələlərə cavab verdim.