SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
5 mərtəbəli binaların kanalizasiya problemi həll edildi
Əziz Sabirabadlılar,
Sizlərə məruzə etmək istərdim ki, Sabirabad şəhərində Heydər Əliyev prospektində yerləşən 2B, 2Q, 23B, 62 və 118 nömrəli binalar, o cümlədən İ.İsgəndərov küçəsində yerləşən 3 və 5 nömrəli binaların (ümumilikdə 7 bina) kanalizasiya problemi tam həll olunub, həmin binaların kanalizasiya boruları yenilənib və zirzəmilərin havalandırılması üçün müvafiq təmir işləri aparılıb.
İndi Sabirabad GEM-in rəhbəri Yaqub doktorla danışdım, 1-ci gün kanalizasiya boruları təmir edilən binaların zirzəmilərində dezinfeksiya işləri həyata keçiriləcək və bununla da binalarda hünü problemi də həll olunacaq.
Bu problemin həllinə çevik reaksiya göstərdikləri üçün "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov və Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarova təşəkkür edirəm.
Eyni zamanda işçi qaydada mütəmadi telefon əlaqəsində olduğum və problemin bir başa həllində iştirak edən şəxslər, Şirvan regional su-kanal idarəsinin rəisi Azad müəllim, Sabirabad şəhər icra nümayəndəsi Sübhan müəllim, mənzil kommunal təsərrüfati birliyinin sədri Ağanəzər müəllim, rayonun gigiyena və epidemiologiya mərkəzinin rəhbəri Yaqub doktora təşəkkür edirəm.
Sizlərə söz verirəm ki, hər zaman yanınızda olacam və problemlərinizin həlli üçün köməyimi əsirgəməyəcəm.