SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
ASAN könüllüləri ilə görüş keçirildi
Bildiyiniz kimi, 2020-ci il Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən "Könüllülər ili" elan edilib.
Bu məqsədlə "ASAN Könüllüləri" Gənclər Təşkilatının dəvəti ilə gənclərlə çox maraqlı görüşümüz oldu. Asudə vaxtın səmərəli təşkili, xaricdə təhsil imkanları, rayon daxilində xarici dil və informatika kursları, gənclər üçün iş imkanları, uğur hekayələri və bir sıra məsələləri müzakirə etdik.
Eyni zamanda "Əsgərə məktub" layihəsi çərçivəsində bir məktub da mən yazdım. Allah bütün əsgərlərimizi qorusun.
Qeyd edim ki, "ASAN xidmət" mənim ilk iş yerim olub. "ASAN xidmət"-in yaradılması prosesə cəlb edilmişəm. "ASAN Könüllüləri" Gənclər Təşkilatının inkişafına dəstək olmuşam. Sabirabad "ASAN Xidmət" mərkəzinin açılışı zamanı əməkdaşlara təlimlər keçmişəm. "ASAN xidmət"-in əhəmiyyəti barədə İngiltərənin "The Guardian" nəşrində məqalə yazmışam. "ASAN xidmət" İndeksinin hazırlanmasında aktiv iştirak eləmişəm.
"ASAN xidmət"-də vətəndaşlara yüksək xidmət standartını mənimsəmişəm. Bir sözlə, "ASAN xidmət"-də işə başlamaqla yüzlərlə gənc kimi mən də həyata vəsiqə qazanmışam.