SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
AŞPA-nın yaz sessiyasında çıxışım: "Erməni nümayəndə heyəti sülhə deyil, revanşizmə hazırlaşır"
AŞPA-da 3-cü çıxışım Qarabağda tutulan “erməni əsirlərlə” bağlı ümumi müzakirə zamanı oldu. Çıxışımdan əsas hissələr:
1) Assambleyanın debatlar üçün mövzuları birtərəfli qaydada seçməsi məyusluq doğurur. Biz hər zaman və istənilən formatda mövqeyimizi qorumağa hazırıq.
2) AŞPA Birinci Qarabağ müharibəsindən sonra 1 milyondan çox qaçqın və məcburi köçkünümüzün pozulmuş hüquqlarına, Xocalı soyqırımı zamanı azərbaycanlılara qarşı törədilmiş faciələrə göz yumdu.
3) İndi azad olmuş ərazilərin minalardan təmizlənməsi barədə danışmaq əvəzinə ərazilərimizdə saxlanılan cinayətkarlardan bəhs edir.
4) Ermənistan nümayəndə heyətinin bu mövzunu sərbəst debata salmaq səyləri siyasi motiv daşıyır. Tezliklə Ermənistanda seçkilər olacaq. Erməni deputatlar əhaliyə hələ də faydalı olduqlarını göstərmək və ailələrin ağrılarından istifadə edərək xal qazanmağa çalışırlar
5) AŞPA-nın erməni üzvü Zohrabyan facebook-da yazıb ki, Mingəçevir su anbarını vurun. Ştefan Şennakdan xahiş edirəm araşdırsın bu məsələni. Əgər elədirsə, bu terrorizmdir. Onda AŞPA terroristləri dəstələyir?