SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirildi
Üzvü olduğum Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirildi. Baş prokuror Kamran Əliyevin sədrliyi ilə keçən iclasda ölkəmizin müvafiq dövlət orqanlarının nümayəndələri ilə yanaşı, ölkəmizin aparıcı ali təhsil müəssisələri, akademiyaları, elm ocaqlarını təmsil edən görkəmi hüquqşünaslar və media nümayəndələri iştirak etdilər.
Bu gün demək olar ki, Azərbaycanın hüquq elitası Baş prokuror yanında Elmi-Məsləhət Şurasında təmsil olunur. İclasda da müzakirə olunan mövzuların əhəmiyyətini və aktuallığını nəzərə alaraq, Baş prokuror yanında Elmi-Məsləhət Şurası həm məhkəmə-hüquq sistemində həm də hüquq elmindəki müasir çağırışları vaxtında müəyyən edir və davamlı islahatlar üçün mühüm platforma rolunu oynayır.
Belə ki, iclasa dəvət edilmiş Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev tərəfindən “Hüquq mühafizə orqanlarının fəaliyyətində Avropa Şurasının İşgəncə, Qeyri-İnsani və Ləyaqəti Alçaldan Rəftarın Qarşısının Alınmasına dair Komitəsinin (CPT) standartları” mövzusunda təqdimat keçirilmişdir.Tədbirdə “Prokurorluq orqanlarında peşə hazırlığı metodik vəsait”, “Jurnalistlər üçün hüquqi terminlər lüğəti”, “Media üçün 555 sual və cavab”, “Dövlət qurumlarının Mətbuat xidmətlərinin media ilə qarşılıqlı əlaqələri üzrə metodiki tövsiyə”, “Kibercinayətlərin istintaqına dair metodik vəsait”, “Maraqlar toqquşması” adlı vəsaitlər ictimaiyyətə təqdim edilmiş, eyni zamanda, Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin veb-saytının təqdimatı keçirilmişdir.
Həmçinin, iclasda hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr arasında Baş Prokurorluqda keçirilmiş “Hüquq viktorinası” adlı müsabiqənin qaliblərinə sertifikatlar təqdim olunmuşdur. İclasın yekun mərhələsində gündəlikdə duran məsələlər, o cümlədən müxtəlif hüquqi məsələləri özündə ehtiva edən mövzular üzrə Elmi-Məsləhət Şurasının üzvləri tərəfindən geniş müzakirələr aparılmışdır.