MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Baş Prokurorluğun yeni inzibati binasında görüş keçirildi

08:40 24.09.2021



Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri kimi Azərbaycan Prokurorluğunun yaradılmasının 103-cü ildönümü, habelə 1 oktyabr “Prokurorluq işçilərinin peşə bayramı günü” münasibətilə prokurorluq əməkdaşlarını təbrik məqsədilə Baş Prokurorluğun yeni inzibati binasında görüşümüz oldu.
Prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya, tədris auditoriyaları və iclas zalları, kitabxana, kriminalistika və istintaq otaqları ilə tanış olduq.
Cənab Baş prokuror Kamran müəllim başda olmaqla, bütün prokurorluq orqanlarının əməkdaşlarını qarşıdan gələn 1 oktyabr peşə bayramı münasibəti ilə təbrik edir, can sağlığı, fəaliyyətlərində uğurlar arzu edirəm.