MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

DAĞ layihəsinin ilk məzunları ali təhsil müəssisələrinə qəbul olmaları münasibətilə mükafatlandırıldılar

11:25 25.09.2021



Bizim təşəbbüsümüzlə Kapital Bank-ın və Aqrar İnnovasiya və Təchizat şirkətinin dəstəyi ilə Sabirabad rayonda yaşayan aztəminatlı ailələrin övladlarının ali məktəblərə hazırlığını təmin etmək məqsədilə 2020-ci ilin sentyabr ayından sosial layihə başlayıb.
Həmin ailələrin övladları “Kainat” Tədris Mərkəzində ali məktəblərə ödənişsiz hazırlıq kurslarında iştirak ediblər. Gənclərdən 3-ü yüksək bal yığmaqla, ümumilikdə 7 nəfəri ali məktəbə, 5 nəfəri isə peşə məktəbinə daxil olub.
Bununla əlaqədar 24 sentyabr 2021-ci il tarixində Bakı Kitab Mərkəzində keçirilən görüş zamanı həmkarım Ramin Məmmədov, Bakı Kitab Mərkəzinin rəhbəri Günel Anarqızı, Kapital Bank-ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov, Aqrar İnnovasiya və Təchizat şirkətinin direktoru Tofiq Niftəliyev, “Kainat” Tədris Mərkəzinin rəhbərliyi, həmçinin digər şəxslər iştirak etdi.
Tədbir zamanı tələbə adını qazanan gənclərə Kapital Bank adından qiymətli hədiyyələr – noutbuklar, planşetlər və smartfonlar, eyni zamanda Aqrar İnnovasiya və Təchizat şirkəti tərəfindən hər bir tələbəyə elektron kitab – Amazon Kindle hədiyyə edildi. Tədbirdən sonra tələbələr paytaxtın 8 Noyabr prospektində yerləşən Hərbi Qənimətlər Parkını ziyarət etdilər.