SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Dünyanın ən böyük hüquq gənclər təşkilatına vitse-prezident seçilən Azərbaycanlı tələbə ilə görüş keçirildi
Samirə Səfərova dünyanın ən böyük hüquq gənclər təşkilatına vitse-prezident seçilib.
Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) Avropanın 44 ölkəsində 350-dən çox şəhər və universiteti, o cümlədən 65 000-dən çox gənci özündə birləşdirən dünyanın ən böyük hüquq gəncləri və tələbələri təşkilatıdır. Bu təşkilatın əsası 1981-ci ildə, Azərbaycan nümayəndəliyinin əsası isə 2010-cu ildə qoyulmuşdur.
ELSA-nın Azərbaycandakı Milli İdarə Heyəti üzvü Samirə Səfərova 11-17 aprel 2021-ci il tarixlərində keçirilən Beynəlxalq Şura Toplantısında 20-dən çox ölkənin səsini toplayaraq, Beynəlxalq İdarə Heyətinin (BİH) Akademik Fəaliyyətlər üzrə Vitse-Prezidenti vəzifəsinə seçilmişdir.
Samirə ilə Milli Məclisdə görüşümüz oldu. Onunla ELSA-dakı gələcək fəaliyyəti və akademik karyerası ilə bağlı faydalı müzakirələr etdik. Tam əminəm ki, Samirəni gözəl gələcək gözləyir. Samirənin uğuru isə hər bir azərbaycanlı hüquq tələbəsinin uğurudur.