SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
“Düşünən Azərbaycan Gənci” layihəsinin Xəzər rayonundan olan iştirakçıları ilə görüş keçirildi
Milli Məclisin deputatları Soltan Məmmədov, Kamal Cəfərov və Ramin Məmmədov Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən “Düşünən Azərbaycan Gənci” layihəsi çərçivəsində abituriyent hazırlığı kurslarına cəlb olunan bir qrup gənclə görüşüblər.
“Qafqazinfo” xəbər verir ki, 2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə təşkil olunan görüşdə deputatlar abituriyentləri maraqlandıran müxtəlif məsələlərə dair fikirlərini bölüşüblər.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın gənclərin problem və qayğılarını daim diqqət mərkəzində saxladıqları vurğulanıb.
Bildirilib ki, ölkədə həyata keçirilən gənclər siyasətinin başlıca məqsədi gənclərə fərdi inkişaflarını təmin etmək üçün bütün mümkün imkanları yaratmaqdır.
Qeyd olunub ki, layihənin əsas məqsədi ali təhsil almağı qarşısına məqsəd qoyan gənclərə dəstək olmaq, onların layiqli vətəndaş, peşəkar kadr kimi yetişməsinə kömək göstərməkdir. Layihə çərçivəsində Azərbaycanın müxtəlif rayonlarından 40-a yaxın abituriyentə ödənişsiz hazırlıq kursları keçmək imkanı yaradıldığı diqqətə çatdırılıb.
Görüşdə iştirak edən gənclər layihənin əhəmiyyətini yüksək qiymətləndirdiklərini vurğulayaraq, verilən dəstəyə görə Heydər Əliyev Fondunun rəhbərliyinə təşəkkürlərini bildiriblər. Abituriyentlər bu dəstəyin onların həyatında mühüm rol oynadığını vurğulayıblar. Bildirilib ki, bu cür təşəbbüslər bir daha Azərbaycanda təhsilə, gənclərin vətənpərvər ruhda yetişməsinə, peşəkar mütəxəssislər kimi ölkənin gələcək həyatında fəal iştirakına çox yüksək diqqət göstərildiyini təsdiq edir.
Qeyd edək ki, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən “Düşünən Azərbaycan Gənci” layihəsi çərçivəsində Bakı şəhərinin Xəzər rayonu, Şamaxı, Şəmkir və Sabirabad rayonlarında yaşayan 40-a yaxın abituriyent ali məktəblərə hazırlıq kurslarına cəlb olunub.
Seçim prosesində abituriyentlərin ali təhsil almağa marağı, təhsil göstəriciləri və sosial amillər əsas meyarlar kimi götürülüb. Abituriyentlər ilkin imtahanlardan topladığı ballar əsasında layihəyə cəlb olunub. Ötən il icrasına başlanılan layihənin cari ilin iyun ayında başa çatdırılması planlaşdırılır.