MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan qurumların əməkdaşları üçün “Korrupsiyaya qarşı mübarizə və etik davranış” mövzusunda təlim keçirildi

10:49 29.11.2024



Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan qurumların əməkdaşları üçün “Korrupsiyaya qarşı mübarizə və etik davranış” mövzusunda təlim keçdim. Təlimin əsas məqsədi dövlət qulluqçularının etik davranış qaydalarını sadə və başadüşülən şəkildə təqdim etmək, eyni zamanda, praktiki nümunələr vasitəsilə bu qaydaların tətbiqini asanlaşdırmaq idi. Təlim, həmçinin təhsil işçilərinin etik dilemmlər qarşısında düzgün və əsaslandırılmış qərar qəbul etmə bacarıqlarını inkişaf etdirməyə yönəlmişdi. Müzakirələr çox məhsuldar və uğurlu keçdi, iştirakçılar arasında fəal fikir mübadiləsi oldu.