SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Əsədli kəndinə “MilliÖn” ödəniş terminalı quraşdırıldı
Əziz Sabirabadlılar, həm təşviqat zamanı, həm də görüşlər zamanı “MilliÖn” ödəniş terminalları və “Kapital Bank”-ın bankomatların müvafiq kəndlərdə yerləşdirilməsi xahiş edilir. Çünki pensiya alan kənd sakini kommunal ödənişi etmək üçün bəzi hallarda 10 km yol qət etməli olur. Keçən il bizim təşəbbüsümüzlə bir neçə kənddə həm bankomat, həm də ödəmə terminalları quraşdırılmışdır.
Əsədli kənd sakinlərinin istəyini nəzərə alaraq, “Komtec” MMC-nin yeni rəhbəri Pünhan Nərimanovla görüşdüm. Ona kənd sakinlərinin xahişini çatdırdım. Qısa müddət ərzində Əsədli kəndinə “MilliÖn” ödəniş terminalı yerləşdirildi. Buna görə də Pünhana təşəkkür edirəm.
"Komtec" MMC tərəfindən yeni terminallar alındıqdan sonra siyahısını təqdim etdiyim digər kəndlərə də ödəniş terminalları quraşdırılacaq.
Tam əminəm ki, Pünhanın rəhbərliyi ilə “Komtec” MMC daha da inkişaf edəcək və vətəndaşlara xidmət baxımından yeni işlərin şahidi olacağıq.