SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
İctimai TV-də həftənin təhlili Diqqət Mərkəzi verilişində
İctimai TV-də Eldarla birgə həftənin təhlilində çıxışımın əsas tezisləri:
-Bu gün dövlət idarəçiliyinin prioritet istiqaməti vətəndaşlarla kommunikasiya və problemlərin həllidir
-Sabirabad rayonunda seçicilərimi ən çox narahat edən işsizlik problemidir
-Korrupsiyaya qarşı mübarizə bu gün başlamayıb. Son 18 ildə bu sahədə institusional, qanunvericilik isalahatları həyata keçirilib.
-Keçmiş xidmət və yüksək vəzifə heç kimi həm siyasi həm də cinayət məsuliyyətindən azad etmir.
-Vaxtıilə dövlət orqanlarının rəhbər şəxsləri yaxın qohumlarını və dostlarını vəzifələrə təyin edirdilər. İndi isə bu sahədə Dövlət İmtahan Mərkəzi səmərəli fəaliyyət göstərir.
-Yüksəliş proqramı ilə bağlı ilkin mərhələdə skeptizm olsa da, təcrübə göstərdi ki, çox uğurlu proqramdır.
-Özəl sektorun Qarabağa yatırımı üçün heç bir ilkin şərt olmamalıdır. Çünki Qarabağı görməyən gənclər heç bir şərt olmadan torpaqlarımızı işğaldan azad etdi, canından keçdilər. İndi isə meydan özəl sektorundur.
-Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin DİN-ə verilməsi bu sahədə ixtisaslaşmaya səbəb olacaq və daha yaxşı nəticələr əldə edilə bilər.
-Polislər pandemiya vaxtı fədakar fəaliyyət göstərib. Pandemiya vaxtı 40 dərəcə istinin altında polis xidmət göstərib.