SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Kovlar kənd məktəbinin istilik problemi həll edildi
Əziz Sabirabadlılar,
Bir müddət əvvəl Sabirabad rayonu Kovlar kənd tam orta məktəbində istiliyin verilməsindəki problemlə bağlı həmin gün mən də aidiyyəti qurumlarla əlaqə saxlamışdım. Qısa müddət ərzində Kovlar məktəbinə istiliyin verilişi bərpa olunmuşdu. Bu problemi daha dəqiq araşdırmaq və bu cür hadisənin bir daha baş verməməsi üçün mən də Kovlar kənd tam orta məktəbinə getdim.
Qeyd edim ki, hazırda məktəbin istilik sistemi dizel yanacağı ilə işləyir. Məktəbdə problemin səbəbi də dizel yanacağının gecikməsi olmuşdu. Bu probleminin təkrar baş verməməsi üçün məktəbin qaz istilik sisteminə keçidlə bağlı “Azəriqaz” İB-nin Baş direktoru Ruslan Əliyev və regional təhsil idarəsinin rəisi Rəşad Musayevlə görüşdüm. Son bir həftə ərzində bütün prosedurlar həyata keçirildi və yaxın günlərdə Kovlar kənd tam orta məktəb qaz istilik sisteminə keçid edəcək və bununla da məktəb vahid istilik sistemi ilə isidiləcək.
Bu prosesdə göstərdiyi çevik reaksiyaya və dəstəyə görə Ruslan Əliyevə təşəkkür edirəm.
Eyni zamanda bildirmək istəyirəm ki, Sabirabad rayonunda mənim dairəmdə 26 məktəb var, hazırda onların hər birinin istiliyi tam təmin edilir. Onu da qeyd etməliyəm ki, Təhsil Nazirliyində Sabirabad rayonunda olan məktəblərin infrastruktur və istilik təhcizatı ilə bağlı dəqiq məlumat var. Nazirlik tərəfindən Sabirabad rayon məktəblərində mövcud olan problemlərin mərhələli həlli ilə bağlı fəaliyyətin bundan sonra da davam etdiriləcəyinə ümid edirəm.