MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Kovlar kəndində yeni salınan heyva bağına baxış keçirildi

09:00 23.09.2020



Sabirabadın bərəkətli torpağı var və respublikanın iri kənd təsərrüfatı rayonlarından biridir. Sabirabad keçmişdə də, indi də kənd təsərrüfatı sahəsində qazandığı uğurlara görə respublikada şöhrət qazanmışdır.
Kovlar kəndində yeni salınan heyva bağına baxış keçirdik. Bu bağa getməyimim bir neçə səbəbi var.
Bizdə heyvanın çölünü yeyib, içərisini tullayırlar. Avropada isə tərsinədir. Çiyidindən öskürəyə qarşı dərman hazırlamasında istifadə olunur. Təsərrüfat sahibi dedi ki, Sabirabadın heyvaları Estoniya və Latviya bazarlarında satılacaq. Bildirdiyinə görə çox gəlirli sahədir.
İkinicisi isə kənd təsərrüfatı daha çox təşviq edilməlidir. Müasir texnologiyalardan, düzgün bazar məlumatlarından (market insights) istifadə etməklə bu sahədə də yaxşı gəlir əldə etmək olar, bu həm də ölkəmizdə kənd təsərrüfatının inkişafına dəstək olacaq.