SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Kür və Araz çaylarının qovuşduğu yerə FHN nümayəndəsi ilə baxış keçirildi
Sabirabadın, ümumilikdə Azərbaycanın tarixi və görməli yerlərindən biri də Kür və Araz çaylarının qovuşduğu yerdir. Həmin qovşağa nəzarət yerində FHN-nin xilasetmə məntəqəsi yerləşir. FHN-nin məntəqəsi 100 metr irəli və ya geri yerləşdirilərsə, həmin ərazidə abadlıq işləri aparılaraq, turizm mərkəzinə çevrilə bilər.
FHN məntəqəsinin yerinin dəyişdirilməsi ilə bağlı Fövqəladə Hallar Naziri Kəmaləddin müəllimlə danışdıq və yerindəcə aidiyyəti struktura tapşırıq verdi. Bu gün də FHN-nin nümayədəsi ilə əraziyə baxış keçirdik və vəziyyəti bütün parametrlər üzrə müzakirə etdik. İnşallah qısa zaman içərisində həmin ərazidə müvafiq abadlıq işlərinə başlayacağıq.