SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Kürkəndi kəndində 1 nasos stansiyası və 3 aqreqat yenisi ilə əvəz olunub
Milli Məclisin 16 mart 2021-ci il tarixdə keçirilən plenar iclasında çıxış edərkən Kürkəndi kəndində su nasoslarının “flygt” tipli aqreqatlarla əvəz olunması, stasionar qaydada işləyən 40 nasos stansiyasının Kür çayının üzərində üzən pontonların üzərində quraşdırılması, 57 nasos stansiyasının və qrunt sularının ərazidən kənarlaşdırılması üçün 4 stasionar nasos stansiyasının əhali xəttindən ayrılaraq birbaşa elektrik enerjisi xəttinə qoşulmasına zəruri ehtiyac olduğunu qeyd etmişdim.
Suvarma və meliorasiya sistemlərində müasir texnologiyaların tətbiqi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin daim diqqətindədir. Cari ilin 1 aprel tarixindən Kür çayının Sabirabad rayonunun ərazisindən keçən hissəsində quraşdırılan su nasos stansiyalarında yenidənqurma işlərinə başlanılıb, Kürkəndi kəndində 1 nasos stansiyası və 3 aqreqat artıq yenisi ilə əvəz olunub, suötürücü borular çəkilib.